Destekolaq.az saytının fəaliyyət istiqamətləri təkcə sağlamlıq imkanları məhdud insanların iş tapması və onların əl işlərinin satılmasına kömək etməklə məhdudlaşmır. Biz həmçinin yardımlaşma istəyində olan ayrı-ayrı şəxslər və qurumlarla buna ehtiyacı olan insanları görüşdürən bir platformayıq.

Sağlamlıq imkanları məhdud şəxslərə ehtiyac duyduqları gərəkli əşyaları, tibbi avadanlıq və ləvazimatları almaqda, yaxud geyim və digər maddi ehtiyacları ödəməkdə yardımçı ola bilərik. Bunun üçün həm ayrı-ayrı şəxslərin, həm də fəaliyyətini bu istiqamətdə davam etdirən qurumların, QHT-lərin təşəbbüs göstərəcəyinə inanırıq.

Bizə həm paytaxtda, həm də regionlarda yaşayan sağlamlıq imkanları məhdud olan şəxslər və onların adından ailə üzvləri müraciət edə bilərlər. Bunun üçün özünüz və sizə gərəkli əşyanın əhəmiyyətliliyi haqqında qısa məlumatı info@destekolaq.az ünvanına göndərməyiniz kifayətdir.

Arzu etdiyiniz hər nədirsə, biz onu reallaşdırmaqda sizə vasitəçi olacağıq. Destekolaq.az sizin və sizə dəyər verənlərin saytıdır!