Sağlamlıq imkanları məhdud olan Azərbaycan vətəndaşlarının əmək bazarına cəlb edilməsində hər birimiz maraqlı olmalıyıq. Dövlətimiz əlilliyi olan şəxslərin təhsilinə və sosial inteqrasiyasına böyük diqqət ayırır, onların reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Çünki onlar cəmiyyətimimiz bir parçasıdır və bu şəxslərin işlə təmin edilməsi iqtisadiyyatımızın, məhsuldar əmək mühitinin inkişafına öz töhfələrini verəcək.
Destekolaq.az saytı sağlamlıq imkanları məhdud şəxslər, əmək qabiliyyəti olmayan əlillərin ailə üzvləri, həmçinin internat məktəblərini bitirən məzunlara kömək etmək məqsədi ilə yaradılıb. Sayt “Bakcell” şirkətinin dəstəyi ilə fəaliyyət göstərir. Qeyd edək ki, özünün geniş miqyaslı korporativ sosial məsuliyyət proqramı ilə tanınan “Bakcell” şirkətinin Psixoloji Tədqiqatlar Mərkəzi ilə birgə həyata keçirdiyi bu sosial layihə təkcə saytımız yox, sosial şəbəkələrdəki səhifələrimiz və bu işdə yanımızda olmağı arzu edən müxtəlif mətbu orqanlar vasitəsi ilə də işıqlandırılacaq.

Saytın idarəetmə qrupu aşağıdakı kateqoriyadan olan insanlara dəstək göstərməyi nəzərdə tutub:

* Sağlamlıq imkanları məhdud şəxslər;
* Əmək qabiliyyəti olmayan əlillərin ailə üzvləri;
* İnternat məktəblərinin məzunları.

Sayt qeyd olunan şəxslərə aşağıdakı formada xidmət göstərir:

* Onların işlə təmin olunmasına vasitəçilik etmək;
* Gərəkli əşyalar, tibbi avadanlıq və ləvazimatları almaq, digər maddi ehtiyacları ödəmək üçün onları yardımsevər isanlarla əlaqələndirmək;
* Əl işlərinin və ya sənətkarlıq məhsullarının satışına şərait yaratmaq.

Bizə qoşulmaq üçün saytın müvafiq bölməsində müraciət formasını doldurmaq kifayətdir. Bu zaman xidmətlərimizdən yararlanmaq üçün şəxsi profilinizi yaratmış olursuz. Pofildə siz özünüz haqqında məlumatları, daha dəqiq desək CV-lərinizi yerləşdirə, həmçinin müxtəlif yaradıcılıq nümunələrinizi, əl işlərinizi potensial müştərilərə təqdim və təklif edə bilərsiniz.
İşəgötürən şirkətlər isə destekolaq.az saytına daxil olmaqla iştirakçılar, onların bilik və bacarıqları haqqında məlumatlarla tanış ola, həmin şəxslərə ehtiyac duyduqları vakansiya üzrə iş təklifi edə bilərlər.
Bir daha vuğulamaq istərdik ki, əsas məqsədimiz dəstəyə ehtiyacı olan sağlamlıq imkanları məhdud vətəndaşlarımızın yeni uğurlarına cığır açmaq, onları aktiv həyat tərzi keçirməyə həvəsləndirməkdir. Bu xoşniyyətli yolda Sizlərin də bizə dəstək olacağınıza inanırıq. Biz birlikdə güclüyük!