Destekolaq.az saytı “Bakcell” şirkətinin dəstəyi ilə fəaliyyət göstərir. Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət proqramı ilə tanınan “Bakcell” şirkətinin Psixoloji Tədqiqatlar Mərkəzi ilə birgə həyata keçirdiyi bu sosial layihə təkcə saytımız yox, sosial şəbəkələrdəki səhifələrimiz və bu işdə yanımızda olmağı arzu edən müxtəlif mətbu orqanları vasitəsi ilə də işıqlandırılacaq.

Dəstəyə ehtiyacı olan əhali qruplarına əl tutan, onların işlə təminatına və ya məhsullarının satışına töhfə verən hər bir tərəfə xüsusi minnətdarlığımızı bildiririk.