Onlar sizin sifarişlərinizi gözləyir

Sağlamlıq imkanları məhdud insanların sosial müavinətlərdən asılılığını azaldan və onları müstəqilliyə, cəmiyyətə inteqrasiyaya təşviq edən layihələr nə qədər çox olsa, bir o qədər xoşdur.

Destekolaq.az saytı bu məqsədlə fəaliyyət göstərir. Biz sağlamlıq imkanları məhdud şəxslər, əmək qabiliyyəti olmayan əlillərin ailə üzvləri, internat məktəblərini bitirən məzunların işlə təmin olunmasına vasitəçilik etməklə yanaşı, həmçinin onların yaradıcılıq nümunələrinin, əmək məhsullarının, əl işlərinin geniş auditoriyaya çatdırılmasına şərait yaradırıq.

Hər bir əl işi və ya yaradıcılıq məhsulu satış məqsədi ilə saytmızda sərgilənir və əldə olunan gəlir həmin şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Əziz həmvətənlərimiz, bu gözəl nümunələr sizin üçün və sevgiylə hazırlanır!

Əl işləriylə tanış olduğunuz şəxslərə yeni sifarişlər verməyə, yaxınlarınızı dəyərli hədiyyələrlə sevindirməyə tələsin.

Unutmayın, sizin sevinciniz onların da sevinci, sizin qazancınız, onların da qazancıdır!

destekolaq.az saytı sizə nə təklif edir

3. 302 thoughts on “Onlar sizin sifarişlərinizi gözləyir