Əlillərə yönəlmiş layihələrə dəstək olaq

Destekolaq.az saytı əlilliyi olan və xüsusi dəstəyə ehtiyacı olan əhali qrupları üçün yaradılıb.

Burada hər bir dəstəyə ehtiyacı olan şəxs öz əl işlərini satmaq üçün elan yerləşdirə, özünə uyğun iş tapmaq üçün “iş axtaranlar” bölməsində qeydiyyatdan keçə və ya digər xidmətlərimizdən yararlana bilər.

Əl işinizi yerləşdirmək üçün qeydiyyat keçməyiniz və “əl işləri – əlavə et” bölməsinə daxil olmağınız xahiş olunur.

İş imkanı əldə etmək üçün, qeydiyyatdan keçdikdən sonra, “iş axtaranlar – cv-ni əlavə et” bölməsinə keçməyiniz xahiş olunur.

İş adamları, işəgötürənlər əlillər üçün iş elanı yerləşdirmək üçün qeydiyyatdan keçdikdən sonra “iş elanları – iş elanı yerləşdirmək” bölməsinə keçə bilərlər.

Biz əlillər üçün həyata keçirilən hər bir layihəyə dəstk olmağa hazırıq. Həyata keçirdiyiniz layihə barədə məlumatla birlikdə, bizə sizə lazım olan avadanlıq, çap məhsulları və ya hər hansı digər dəstək barədə elanın mətnini bizə office@destekolaq.az saytına göndərin. Biz bu elanı saytda yerləşdirərək sizə dəstək olmaq istəyən insanlarla sizi əlaqələndirərik.

Əsas məqsədimiz dəstəyə ehtiyacı olan insanları yeni uğurlara, aktiv həyat tərzinə, cəmiyyətə sosial inteqrasiya olunmasına motivasiya etməkdir.

Biz yalnız birlikdə bu hədəfə nail ola bilərik!

destekolaq.az saytı sizə nə təklif edir

3. 426 thoughts on “Əlillərə yönəlmiş layihələrə dəstək olaq