150 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri davam edir. Fiziki məhdudiyyətləri olan şəxslərdən daha 150 nəfəri xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.
ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili tədbirləri də yer alıb. Proqrama əsasən, 1100 nəfərdən çox əlilliyi olan şəxsin bu yay mövsümündə respublikanın müxtəlif yerlərindəki istirahət mərkəzlərində istirahətinin təşkil edilməsi nəzərdə tutulub. Onlardan artıq 800 nəfərdən çoxu Quba, Lənkəran, Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.
V.Behbudov qeyd olunan Proqrama əsasən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası yönündə digər istiqamətlərdə də müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.
Əlilliyi olan şəxslərdən 90 nəfəri Xaçmaz rayonundakı, 60 nəfəri isə Quba rayonundakı istirahət mərkəzlərinə göndərilib.

Xəbərlər

2 thoughts on “150 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib

  1. Xedice on Cavab ver

    Mende isseyirem men elilem skolioz 4 cu derece 3 qurup elil tenefus catismamazlihimda var 2 dereceli mende isdirahete getmek isdeyirem heyatim cox darixdirici kecir agrilrim cox olur hergunn …wikayetlerim bele var..Aldigim pensiyanin azliginnan, yol haqlari artiminnan herweyden herwey gunbegun ilbeil artir

    Men ve menimle yanawi olan elillere nece yawiyaq axi hec olmasa bizim ucun werait yaratsin Prezidentimiz pulsuz olsun qaz iwiq sugediw haqlari
    Ve.s axi heccure catdira bilmirik heccurem imkansiziq hetda gelib yoxlayada bilerler bizi
    ELILLIYIM 2 DUWUR MENNEN RUWVET ISDEYIRLER FAKTIKI 2 DUWUR ELILLIK IMKAN YOXDU DEYE 3 NEN QALMIWAM COX PIS VEZYETDEYEM XAIW EDIREM KOMEKLIK EDIN

    eliller ucun yaradilan weraitlerin olmagini isdeyirem.!

  2. AustZew on Cavab ver

    Prednisone Over The Counter Walgreens [url=http://curerxfor.com]viagra online pharmacy[/url] Acquistare Kamagra Francia Costo Viagra In Svizzera Get Effexor Xr 100mg

Bir cavab yazın