“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalayıb.

Qanunda deyilir ki, dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir.

Dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şərait yaradılmasına, o cümlədən ünsiyyət formalarından istifadənin mənimsənilməsinə və əlilliyi olan şəxslərin təhsilinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, onlar üçün uyğun dildə və üsullarla həyata keçirilməsinə təminat verir. Həmçinin, əlilliyi olan şəxslərin işgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalara məruz qalmamasına, onların yaşayış yerində və yaşayış yerindən kənarda istismarın, zorakılığın, təhqirin bütün formalarından müdafiəsinə, şəxsi həyatının toxunulmazlığına təminat verilir. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Xəbərlər

One thought on ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun imzalanıb

  1. AustZew on Cavab ver

    Cephalexin Drug Family Kamagra Aus Thailand [url=http://66pills.com]viagra[/url] Propecia Calvicie Cialis 20mg Tablets Cialis En Turquie

Bir cavab yazın